Koronavirus (Covid-19) infeksiyası



2019-cu ilin dekabr`ında Çinin vuhan şəhərindən başlanan koronavirus infeksiyası oradan bütün dünyaya yayıldı və ümumdünya səhiyyə təşkilatı tərəfindən pandemiya elan olundu. Korona sözünün mənası tac deməkdir və mikroskop altında baxdıqda taca bənzər çıxıntıları olduğu üçün belə adlandırılıb. Yayılan virus koronavirusların yeni növüdür və covid-19 adlandırılır. Virus 2019-cu il və dekabr ayında yayıldığı üçün belə adlandırılıb. Qrip, rinovirus, rotavirus kimi kəskin respirator infeksiyalar qrupuna daxildir. Bu da o deməkdir ki, yuxarı və aşağı tənəffüs yollarının kəskin iltihabını törədir və hava-damcı yoluyla yoluxur. İkinci daha az əhəmiyyətli yol isə kontakt yoludur. Əsas klinik əlaməti qızdırma, ümumi halsızlıq bəzən isə öskürək, iybilmə və dadbilmə hissinin itməsi, proses ağciyərlərə keçdikdə isə təngnəfəslik və boğulma ilə müşahidə olunur. Əsas ağırlaşması pnevmoniya yəni ağciyərin iltihabıdır. Diaqnozu burundan və əsnəkdən götürülən yaxmanın PCR metodu ilə tədqiqi ilə qoyulur və qandan seroloji metodla virus immunoglobulinlərinin aşkar olunmasına əsaslanır. Müalicəsində 100 faiz effektli, seçim preparatı olan antivirallar yəni virus əleyhinə dərmanlar yoxdur. Lakin bir qrup virus əleyhinə dərman preparatları vardır ki, onların koronavirusunu müalicəsində yaxşı təsir etdiyi düşünülür və buna görə bu dərmanlardan istifadə olunur. Bundan əlavə immunostimuləedici preparatlar, se, zn, vitamin c tərkibli dərman preparatları və vitamin d istifadə olunması tövsiyə olunur. Antibiotiklərin istifadəsi mübahisəlidir, yalnız ağırlaşmış hallarda antibiotiklərin istiafdə olunması bir çox ekspert tərəfindən təstiq olunur. Qorunma: Bu virus hava-damcı infeksiaysı olduğu üçün ən yaxşı vasitə maskadan istifadə etməkdir. Həm xəstə həm də sağlam şəxslər maskadan istifadə edərsə 96 faizə qədər xəstəliyin yoluxma riski azalır. Bundan əlavə sosial məsafə qaydalarına əməl etmək, minimum 1-2 metr məsafə saxlamaq da xəstəliyin yoluxmasının qarşısının alınmasında çox effektivdir və kontakt yoluyla da yoluxma ehtimalı olduğuna görə əllərin tez-tez yuyulması da vacibdir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Related Post

Hepatit b nədirHepatit b nədir



Hepatit b qaraciyər iltihablanmasına səbəb olan virus mənşəli infeksion xəstəlikdir. DNT tərkiblidir, qaraciyər hüceyrələrinin nüvəsinə girir, buna görə də müalicəsi çətinlik törədir. Hepatit A`dan sonra tapıldığı üçün əlifba sırasına uyğun