Hazırda dünyada geniş yayılmış virus hepatitləri səssiz gedir və bir müddət sonra qaraciyər sirrozu və xərçənginə gətirib çıxarır. Buna səbəb kiçik mikroorqanizmlər olan DNT və RNT tərkibli hepatit viruslarıdır. İnsan orqanizminə daxil olan bu viruslar qaraciyər hüceyrələrində artıb çoxalmağa başlayır və tədricən qaraciyər hüceyrələrini zədələyir. Bu müddət ərzində yoluxmuş şəxsdə heç bir simptom olmur və belə şəxslər zahirən özünü tam sağlam hiss edir. Qaraciyər hüceyrələri sıradan çıxdıqca bərkiyir, ölçüsü kiçilir və funksiyası azalmağa başlayır. Xəstə şəxsdə sağ qabırğaaltı nahiyədə ağrı, köp, halsızlıq müşahidə edilir. Qaraciyər hüceyrələrinin müəyyən hissəsi sıradan çıxdıqda qaraciyər sirrozu və müalicə olunmazsa və proses davam edərsə qaraciyər xərçənginə keçir. Bu pataloji prosesin hər hansı bir mərhələsində müalicə başlanılsa və virus tam təmizlənsə proses həmin mərhələdə dayanmış olur, xəstəliyin inkişaf zənciri qırılır.
Hepatitlər barədə qısa məlumat
Related Post
Hepatit c mualicesiHepatit c mualicesi
Hepatit c xəstəliyinin müalicəsi 3 mərhələdən ibarətdir. Birinci-hazırlıq mərhələsi. Bu mərhələdə dərman müalicəsinə başlamaq üçün bəzi analizlər olunur. Bu analizlərə PCR metodu ilə virusun RNT`sinin təyini, virusun genotipinin təyini, qaraciyərin

Qripəbənzər xəstəliklərQripəbənzər xəstəliklər
Ölkəmizdə dekabr ayından başlayaraq vətəndaşlar arasında qripəbənzər xəstəliklər müşahidə edilir. Boğaz ağrısı, burun axması, baş ağrıları, öskürək, nisbətən ağır hallarda bədən hərarətinin yüksəlməsi, halsızlıqla müşayiət olunur. Bu xəstəliyin bəzən koronavirus