Hepatit d



Hepatit d virus hepatitləri qrupuna aid olan qaraciyərin virus infeksiyasıdır. Hepatit c xəstəliyindən sonra aşkar olunduğu üçün əlifba sırasına uyğun olaraq hepatit d adlandırılıb. RNT tərkibli virusdur. Bu virusun spesifik xüsusiyyəti ondan ibarətdir ki, tək şəkildə xəstəlik törətmir. Bunun xəstəlik törədə bilməsi üçün hepatit b virusuna ehtiyacı var. Yəni həmişə hepatit b ilə birgə rast gəlinir. Buna görə hepatit b aşkar olunan xəstələrdə mütləq hepatit d`ni də yoxlamaq lazımdır. Hepatit b və hepatit d koinfeksiya şəklində ikisi birarada rast gəldiyi üçün qaraciyəri daha sürətlə sıradan çıxarır. Buna görə də daha təhlükəli hesab olunur. Klinik əlamətləri digər virus hepatitlərinə oxşardır. Əksər hallarda hər hansı bir klinik əlamət vermədən gizli şəkildə gedir. Diaqnozu qan analizi vasitəsilə qoyulur. Hepatit d`nin ELİSA və PCR metodu ilə təyin olunmasına əsaslanır. Bu metodlar uyğun olaraq hepatit d virusunun antitellərini və RNT`sini təyin edir. Müalicəsində effektiv dərmanlar hələ də araşdırma mövzusudur. Hələ ki müalicə kifayət qədər effektiv sayılmır. Hazırda hepatit d mualicəsində bəzi antiviral dərmanlar və inferon birlikdə istifadə olunur. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Related Post

BrusellozBruselloz



Bruselloz xəstəliyi zoonoz infeksion xəstəlikdir. Yəni heyvanlarda xəstəlik törədir, onlardan insana yoluxur. Əlamətləri bədən hərarətinin yüksəlməsi, yəni qızdırma, axşamlar tərləmə və oynaq ağrıları ilə müşahidə olunur. Lakin təkcə oynaq ağrıları