Salam əziz dostlar, bugün hepatit c virus infeksiyası barədə qısa məlumat verəcəm. Əsas məqamlara toxunacam. Hepatit c və ya hepatit s də buna deyirlər, fərqi yoxdur, eyni şeydir. Mən doktor Mərdan Əliyev artıq 10 ildir ki, virus hepatitlərinin müalicəsilə məşğulam. Azərbaycanda hepatit c virus infeksiyasını müalicə edən ilk həkimlərdənəm. Hepatit c nədir? – Hepatit c qaraciyər iltihabına səbəb olan virus mənşəli infeksion xəstəlikdir. Qaraciyərə tropluğuna görə demək olar ki, yalnız qaraciyərdə xəstəlik törədir, tədricən qaraciyər hüceyrələrini sıradan çıxarır və 15-20 il ərzində qaraciyər sirrozuna və xərçənginə gətirib çıxarır. Əksər hallarda heç bir klinik əlaməti olmur. Təsadüfi müayinələr zamanı aşkar olunur. Yoluxması qan təması yoluyladır. Müalicəsinə gəldikdə isə, müalicəsi virus əleyhinə xüsusi dərmanlarla aparılır. Bunlar tablet şəklində olan dərmanlardır, gündə bir dəfə qəbul olunur, eyni vaxtda içilməlidir, 24 saatdan bir və müalicə kursu 3 aydır. Qeyd edim ki, bu dərmanlarla digər dərmanlar içilmir, yalnız həkim məsləhəti ilə digər dərmanlar qəbul olunmalıdır. Virus əleyhinə dərmanlar hepatit c virusunun çoxalmasına səbəb olan RNT polimeraza fermentini blokada etməklə virusu öldürür. Müalicəyə başlamazdan öncə mütləq bəzi analizlər olunmalıdır. Bu analizlərə PCR metodu ilə virusun kəmiyyətinin təyin olunması, PCR metodu ilə genotipin təyin olunması, qanın ümumi analizi, qaraciyərin fermentləri və ehtiyac olarsa qaraciyərin elastometriya və ya fibroskan müayinəsi olunmalıdır.
Hepatit c nedir
Related Post

Hepatit c Xəstəliyinin Müalicə QiymətiHepatit c Xəstəliyinin Müalicə Qiyməti
Hazırda hepatit c xəstəliyinin mualicəsi ölkəmizdə dövlət qeydiyyatından keçmiş və tarif şurası ilə qiymətləri təstiqlənən dərmanlarla aparılır. Bu bizə həm qiymətin daha münasib olması, həm də dərmanların keyfiyyətli olması barədə
Hepatit c mualicesiHepatit c mualicesi
Hepatit c xəstəliyinin müalicəsi 3 mərhələdən ibarətdir. Birinci-hazırlıq mərhələsi. Bu mərhələdə dərman müalicəsinə başlamaq üçün bəzi analizlər olunur. Bu analizlərə PCR metodu ilə virusun RNT`sinin təyini, virusun genotipinin təyini, qaraciyərin