Hepatit b qaraciyər iltihablanmasına səbəb olan virus mənşəli infeksion xəstəlikdir. DNT tərkiblidir, qaraciyər hüceyrələrinin nüvəsinə girir, buna görə də müalicəsi çətinlik törədir. Hepatit A`dan sonra tapıldığı üçün əlifba sırasına uyğun olaraq hepatit b adlandırılıb. Qaraciyər hüceyrələrində yerləşərək onları tədricən sıradan çıxarır, qaraciyər fibrozlaşmasına, qaraciyər sirrozuna və xərçənginə gətirib çıxarır. Yoluxması qan təması və cinsi əlaqə yoluyladır. Müalicəsində isə virus əleyhinə xüsusi dərman preparatlarından istifadə olunur. Lakin hər hepatit b üçün müalicəyə başlanılmır. Mütləq ətraflı müayinələr olunmalıdır, bu müayinələrdən sonra əgər məlum olursa ki, hepatit b aktiv deyil, qanda miqdarı çox azdır və qaraciyərə zərər vurmur, bu zaman virus aktivləşmədiyi müddətdə müalicəyə başlanılmır. Amma virus aktiv forma olarsa mütləq müalicəyə başlanılmalıdır.
Hepatit b nədir
Related Post
Hepatitlər barədə qısa məlumatHepatitlər barədə qısa məlumat
Hazırda dünyada geniş yayılmış virus hepatitləri səssiz gedir və bir müddət sonra qaraciyər sirrozu və xərçənginə gətirib çıxarır. Buna səbəb kiçik mikroorqanizmlər olan DNT və RNT tərkibli hepatit viruslarıdır. İnsan
Koronavirus (Covid-19) infeksiyasıKoronavirus (Covid-19) infeksiyası
2019-cu ilin dekabr`ında Çinin vuhan şəhərindən başlanan koronavirus infeksiyası oradan bütün dünyaya yayıldı və ümumdünya səhiyyə təşkilatı tərəfindən pandemiya elan olundu. Korona sözünün mənası tac deməkdir və mikroskop altında baxdıqda