Cinsi İnfeksiyalar



Cinsi yolla yoluxan infeksiyalar qrupuna 10`dan artıq törədici, yəni mikroorqanizm daxildir. Bunların içində parazitlər, bakteriyalar, viruslar, göbələklər var. Bu gün bu videoda yeganə yoluxma yolu cinsi yol olan çox geniş yayılmış, spesifik uretrit törədən infeksiyalardan danışacam. Əsas yoluxma yolu cinsi yol olan lakin digər yollarla da yoluxan HİV, hepatit b, sifilis kimi infeksiyalardan növbəti videolarda bəhs edəcəm. Uretrit nədir? Uretrit sidik kanalının iltihabıdır, həm kişilərdə, həm qadınlarda rast gəlinir və cinsi əlaqə zamanı birindən digərinə yoluxur. Bu uretritlər spesifik mikroorqanizmlər tərəfindən törədilir. Bu mikroorqanizmlər aşağıdakılardır:Neisseria gonorrea, Mycoplasma genitalium, Trichomonada vaginalis, Chlamidia trachomatis, Ureoplasma urealiticium və Gardnerella Vaginalis.Cinsi əlaqədən sonra 2-21 gün ərzində inkişaf edir və ağ və ya sarımtıl iyli axıntının olması, sidik kanalı nahiyəsində diskomfort hissi, qaşınma, ağrı, sidiyə gedərkən yanma ilə müşahidə olunur. 

Diaqnoz və müalicəsi

Diaqnozu sidik kanalında olan axıntıdan hazırlanan yaxmanın incələnməsilə qoyulur. ELİSA və PCR metodu ilə mikroorqanizmlər müəyyən olunur. Hazırda ən çox PCR metoduna üstünlük verilir. Mikrobun növü müəyyən olunduqdan sonra ona uyğun müalicə başlanılır. Müalicə antibiotiklərlə aparılır. Müalicə kursu 1-7 gün təşkil edir. Antibiotik tapılan mikroba uyğun olaraq seçilir. Müalicə vaxtında aparılmalıdır. Müalicəsiz qalan xəstəliklərdə ağırlaşmalar, xəstəliklərin xroniki formaya keçməsi müşahidə olunur. Böyrəklərə və prostata ziyan vurur. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Related Post

Hepatit c mualicesiHepatit c mualicesi



Hepatit c xəstəliyinin müalicəsi 3 mərhələdən ibarətdir. Birinci-hazırlıq mərhələsi. Bu mərhələdə dərman müalicəsinə başlamaq üçün bəzi analizlər olunur. Bu analizlərə PCR metodu ilə virusun RNT`sinin təyini, virusun genotipinin təyini, qaraciyərin