Bruselloz xəstəliyi zoonoz infeksion xəstəlikdir. Yəni heyvanlarda xəstəlik törədir, onlardan insana yoluxur. Əlamətləri bədən hərarətinin yüksəlməsi, yəni qızdırma, axşamlar tərləmə və oynaq ağrıları ilə müşahidə olunur. Lakin təkcə oynaq ağrıları ilə də gedə bilər, yəni qızdırma olmadan təkcə oynaq ağrıları ilə müşahidə oluna bilər. Ən çox zədələnən oynaq bud-çanaq oynağı, ikinci yerdə isə diz oynağıdır. Amma qollarda, onurğa nahiyəsində, xüsusən onurğanın bel hissəsində ağrılar müşahidə oluna bilir.Diaqnozu qan analizi vasitəsilə qoyulur. Diaqnozun qoyulmasında hazırda çətinliklər var, bu xəstəlik revmatik ağrılar, artroz, bel osteoxondrozu, protruziya və yırtıqlarla qarışdırla bilir. Müalicəsi iki, ağırlaşmış hallarda isə üç antibiotiklə aparılır. Müalicə kursu 6 həftədir. Müalicədən sonra tamamilə sağalır. Lakin bəzi hallarda residiv müşahidə olunur, yəni müalicədən sonra xəstəlik yenidən geri qayıda bilir. Bu əsasən müalicə bitdikdən sonra ilk 3 ay ərzində baş verir. Lakin xəstələr tərəfindən müalicə rejiminə düzgün riayət olunduqda, dərmanlar vaxtlı-vaxtında qəbul olunduqda və müalicə kursunun sonuna qədər içildikdə xəstəliyin residiv vermə ehtimalı xeyli azalır.
Bruselloz
Related Post

Qripəbənzər xəstəliklərQripəbənzər xəstəliklər
Ölkəmizdə dekabr ayından başlayaraq vətəndaşlar arasında qripəbənzər xəstəliklər müşahidə edilir. Boğaz ağrısı, burun axması, baş ağrıları, öskürək, nisbətən ağır hallarda bədən hərarətinin yüksəlməsi, halsızlıqla müşayiət olunur. Bu xəstəliyin bəzən koronavirus
Hepatit dHepatit d
Hepatit d virus hepatitləri qrupuna aid olan qaraciyərin virus infeksiyasıdır. Hepatit c xəstəliyindən sonra aşkar olunduğu üçün əlifba sırasına uyğun olaraq hepatit d adlandırılıb. RNT tərkibli virusdur. Bu virusun spesifik