Hepatit c xəstəliyinin müalicəsi 3 mərhələdən ibarətdir. Birinci-hazırlıq mərhələsi. Bu mərhələdə dərman müalicəsinə başlamaq üçün bəzi analizlər olunur. Bu analizlərə PCR metodu ilə virusun RNT`sinin təyini, virusun genotipinin təyini, qaraciyərin vəziyyəti barədə ümumi məlumat verən qaraciyər testləri, hemoqram və ehtiyac olarsa USM və ya fibroskan müayinəsi olunmalıdır. Analizlərin cavabı çıxdıqdan sonra ikinci mərhələ başlayır, bu dərman müalicəsinin təyin olunması mərhələsidir. Analizlərin cavabı diqqətlə təhlil olunaraq həkim tərəfindən antiviral müalicə başlanılır. Virus əleyhinə dərmanlar virusun genotipinə, virus yükünə, xəstənin ümumi vəziyyətinə görə seçilir. Yeni virus əleyhinə dərmanlar istifadə olunur, bu dərmanlar ən yeni nəsil dərmanlar hesab olunur və virusun replikasiyasını dayandıraraq onları məhv edir. Rahat şəkildə, gündə bir dəfə qəbul olunur, xəstələr tərəfindən yaxşı qəbul olunur və yan təsirləri azdır. Ümumi müalicə kursu 3 aydır. Lakin bəzi hallarda xəstənin vəziyyətindən, virus yükündən, qaraciyərin vəziyyətindən asılı olaraq müalicənin müddəti bir qədər dəyişilə bilər. Müalicə bitdikdən sonra üçüncü mərhələ olan nəzarət mərhələsi başlayır, xəstə 6 ay ərzində nəzarətdə saxlanılır. Bu virusun residivinin profilaktikası üçün lazımdır. 6 ay ərzində 2 dəfə analiz olunur. Bununla xəstə tam sağalmış hesab olunur.
Hepatit c mualicesi
Related Post
Cinsi İnfeksiyalarCinsi İnfeksiyalar
Cinsi yolla yoluxan infeksiyalar qrupuna 10`dan artıq törədici, yəni mikroorqanizm daxildir. Bunların içində parazitlər, bakteriyalar, viruslar, göbələklər var. Bu gün bu videoda yeganə yoluxma yolu cinsi yol olan çox geniş
Hepatit b nədirHepatit b nədir
Hepatit b qaraciyər iltihablanmasına səbəb olan virus mənşəli infeksion xəstəlikdir. DNT tərkiblidir, qaraciyər hüceyrələrinin nüvəsinə girir, buna görə də müalicəsi çətinlik törədir. Hepatit A`dan sonra tapıldığı üçün əlifba sırasına uyğun