Hepatit b nədir



Hepatit b qaraciyər iltihablanmasına səbəb olan virus mənşəli infeksion xəstəlikdir. DNT tərkiblidir, qaraciyər hüceyrələrinin nüvəsinə girir, buna görə də müalicəsi çətinlik törədir. Hepatit A`dan sonra tapıldığı üçün əlifba sırasına uyğun olaraq hepatit b adlandırılıb. Qaraciyər hüceyrələrində yerləşərək onları tədricən sıradan çıxarır, qaraciyər fibrozlaşmasına, qaraciyər sirrozuna və xərçənginə gətirib çıxarır. Yoluxması qan təması və cinsi əlaqə yoluyladır. Müalicəsində isə virus əleyhinə xüsusi dərman preparatlarından istifadə olunur. Lakin hər hepatit b üçün müalicəyə başlanılmır. Mütləq ətraflı müayinələr olunmalıdır, bu müayinələrdən sonra əgər məlum olursa ki, hepatit b aktiv deyil, qanda miqdarı çox azdır və qaraciyərə zərər vurmur, bu zaman virus aktivləşmədiyi müddətdə müalicəyə başlanılmır. Amma virus aktiv forma olarsa mütləq müalicəyə başlanılmalıdır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Related Post

BrusellozBruselloz



Bruselloz xəstəliyi zoonoz infeksion xəstəlikdir. Yəni heyvanlarda xəstəlik törədir, onlardan insana yoluxur. Əlamətləri bədən hərarətinin yüksəlməsi, yəni qızdırma, axşamlar tərləmə və oynaq ağrıları ilə müşahidə olunur. Lakin təkcə oynaq ağrıları

Hepatit c mualiceHepatit c mualice



Hepatit c virus infeksiyasının müalicəsi ən rahat şəkildə bizim tərəfimizdən aparılır. Türkiyənin İstanbul şəhərində yerləşən Marmara Universitetində ixtisaslaşmış doktor Mərdan Əliyev hepatit xəstəliklərini Avropa Müalicə Protokolları ilə müalicəsini həyata keçirir.